İqtisadiyyat

Toğrul Maşallı: “Ayda 300 manat alış-veriş etməlisən ki, sənə 5-6 manat ƏDV qayıtsın”

16 May, 2020
2024
"Hökümət nağdsız ödənişləri stimullaşdırmaq istəsə də...” 

"Ayda 300 manat alış-veriş etməlisən ki, sənə 5-6 manat əlavə dəyər vergisi qayıtsın. Bu da çox böyük vəsait deyil ki, insanlar buna görə nağdsız ödənişlərə keçsin”.

ƏDV-nin bir hissəsinin geri qaytarılması haqqında qərarı şərh edən iqtisadçı ekspert Toğrul Maşallı Toplum TV-yə belə deyir. 

Onun fikrincə, hökümət nağdsız ödənişləri stimullaşdırmaq istəsə də, atılan  addım məntiqsizdir. 

Bu ilin martında ölkə başçısının fərmanıyla əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması qaydası təsdiq edilib. Qaydalar yalnız kassa aparatlarının quraşdırıldığı supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq ediləcək. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV geri qaytarılmayacaq.

Toğrul Maşallı hesab edir ki, layihə sona qədər işlənməyib. Onun sözlərinə görə, ƏDV-ni qaytarmaq istəyənlər kassa aparatının quraşdırıldığı marketlərə üz tutmağa məcbur qalacaqlar. Odur ki, iqtisadçı Azərbaycanda fəaliyyət göstərən bütün mağazalarda kassa aparatı quraşdırılmalı olduğunu deyir. 

Ekspert bu məsələdə sual doğuran nüansların da olduğunu diqqətə çatdırır: "Kassa aparatını yerləşdirən şirkətlərin sayı altıdır. Biz isə bu şirkətlərin bir-biri ilə əlaqəsindən, ümumiyyətlə, bu kimi layihələri niyə məhz həmin şirkətlərin qazandığından xəbərsizik”.

Toğrul Maşallı yada salır ki, əvvəlcə layihənin yalnız nağdsız ödənişlərə aid ediləcəyi nəzərdə tutulurdu. "Nağd ödənişlərdə ƏDV-nin 10%-nin qaytarılması layihəyə sonradan əlavə olunub”, - iqtisadçı söyləyir və əlavə edir ki, reallıqda hələ də o vəsaitləri geri qaytarmaq və istifadə etmək mümkün deyil. 

Samir Əliyev: "Proses elektron olsa da, texniki problemlər var”
 
 

Digər iqtisadçı ekspert Samir Əliyev də Toğrul Maşallı kimi hökümətin bu layihədə məqsədinin nağdsız ödənişləri stimullaşdırmaq olduğunu düşünür. Ancaq ekspert "qərarın dar çərçivəni əhatə etməsini, xüsusilə yanacaqdoldurma məntəqələrinin diqqətdən kənarda qalmasını” məqbul saymır.  

Vergi Məcəlləsinin 165.5. maddəsinə uyğun olaraq, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-ni, nağd qaydada ödənilmiş ƏDV-nin 10%-ni təşkil edəcək. 

Samir Əliyevin qənaətincə, ƏDV-nin bir hissəsinin geri qaytarılmasında nağd və kartla ödəniş arasında qoyulan fərq layihənin məqsədinə çatması üçün kifayət deyil: "Fərq ən azı 10-15% olmalı, kartla ödəniş etdikdə isə verginin qaytarılması 25%-ə qaldırılmalı idi. Belə baxanda 15% çox görünə bilər, amma nəzərə almaq lazımdır ki, bu faiz 18%-lik Əlavə Dəyər Vergisinin 15%-i dir. Bu da elə böyük məbləğ deyil”. 

ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı prosesə müvəkkil bank kimi "Kapital Bank” cəlb edilib. İqtisadçı müvəkkil kimi məhz  bu bankın təyin edilməsinin "xüsusilə diqqətə alınmalı məsələ” olduğunu düşünür. 

Onun fikrincə, prosesin "Birkart” vasitəsilə həyata keçirilməsi, digər bankların prosesdən kənarda qalması şübhəli görünür. 

Ekspert sual edir: "Əgər bu proses onlayn yerinə yetirilirsə, niyə müştəri uzun müddət gözləməlidir?”

O, qeyd edir ki, proses elektron olsa da, texniki problemlər göz qabağındadır: "Qərarın yaxşı və ya pis olmasından asılı olmayaraq onun tətbiqi ləngiyir. Sayta daxil olarkən uzun müddət gözləmək lazım gəlir. Proses ləngidiyinə görə də ondan yararlananların sayı azdır”.

Samir Əliyev vəsaitin xərclənməsində də çətinliklər olduğunu vurğulayır. 

"Diqqət yetirsək, əlavə dəyər vergisinin müəyyən bir hissəsinin geri qaytarılması daha çox alış-veriş etdiyinizdə mümkündür. Məsələn, siz bir və ya iki manatlıq nəsə aldıqda prosesdən yararlana bilmirsiz. Sistem deyir ki, məbləğ azdır. Bu kimi mənfi hallar nəzərə alınsa, yaxşı olar”, - ekspert əlavə edir. 

Şəbnəm Adil

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo