13:18, 09 Yanvar 2021 (Şənbə) 86

Tramp müharibə əmri verə bilərmi?

Tramp müharibə əmri verə bilərmi?
Nensi Pelosi 
FOTO: RadyoSvoboda
 
Nümayəndələr Palatasının sədri Nensi Pelosi Konqresin Demokrat Partiyasından olan üzvlərinə məktub göndərərək Trampın hakimiyyətdə olacağı son 12 gündə "pis bir əhval-ruhiyyə" içində müharibənin başlaması və ya nüvə silahının istifadəsi haqda əmr verə biləcəyi barədə narahatlığını ifadə edib ("Amerikanın Səsi").

"Ağlını itirmiş prezident ən böyük təhlükədir və Amerika xalqını ölkəmizə və demokratiyamıza olan balanssız hücumlardan qorumaq üçün əlimizdən gələni etməliyik" - Nensi Pelosi belə yazıb.

O, mövcud vəziyyəti Baş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə müzakirə edib. M.Millinin sözçüsü faktı təsdiqləyib.  Mətbuat katibinin sözlərinə görə, komitə sədri spiker Pelosinin nüvə zərbəsi endirmək üçün qərarvermə prosesilə bağlı suallarını cavablandırıb. 

"Röyters” agentliyi xəbər verir ki, adının çəkilməsini istəməyən məlumatlı  mənbə müxbirə nüvə zərbəsi endirilib-endirilməməsinə qərar vermə prosedurunun hərtərəfli müzakirə edildiyini bildirib.