11:02, 15 Yanvar 2020 (Çərşənbə) 52

Tramp “Apple” şirkətini tənqid edib

Tramp “Apple” şirkətini tənqid edib


/ DÜNYA
ABŞ prezidenti Donald Tramp "Apple” şirkətini cinayətkarların telefonlarını istintaqa kömək üçün blokdan çıxarmamasına görə tənqid edib.

Bu barədə Ağ Ev rəhbəri özünün tvitter səhifəsində yazıb.

"Biz hamımız zamanla ticarətdə və çox başqa məsələlərdə "Apple”ə kömək edirik və bununla belə, onlar qatillərin, narkodilerlrin və digər təhlükəli kriminal elementlərin telefonlarını blokdan çıxarmaqdan imtina edirlər", - deyə Tramp qeyd edib.
 
 

O şirkəti bu təcrübəni dəyişdirməyə çağırıb.

Daha əvvəl Ədliyyə Nаzirliyinin rəhbəri Uilyam Barr bildirib ki, "Apple” Floridada ABŞ-ın hərbi bazasında atəş açmış səudiyyəlinin telefonunu blokdan çıxarmağa kömək etməkdən imtina edib.