14:07, 17 Oktyabr 2020 (Şənbə) 88

Tramp Baydenlər ailəsini "cinayətkar qrup" adlandırdı

Tramp Baydenlər ailəsini
Corciya ştatında tərəfdarları qarşısında çıxış edən Donald Tramp prezident seçkilərində rəqibi olan Co Baydenin və ailə üzvlərinin həbs edilməsi üçün çağırış edib. Bu barədə TASS-ın xəbərində deyilir. 

"Mən sizə deyirəm, Baydenlər ailəsi korrupsiyaya bulaşıb. Bu, korrupsioner ailədir" - Trampın bu sözlərinə kütlə "Həbs edilsinlər!" deyə reaksiya verib.

"Bəli, siz onları həbs etməlisiniz. Baydenlər həbs edilməlidir. Hillari [Klinton] həbs edilməlidir" - dövlət başçısı tərəfdarlarına deyib. "Siz mənim övladlarımın bu oğlanın -  Hanterin [Baydenin oğlu] elədiyini təkrarladığını təsəvvür edirsinizmi?.. Məncə, bunlar [Baydenlər ailəsi] cinayətkar qrupdur". Trampın nitqini ABŞ telekanalları canlı yayımlayıb. 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ mətbuatı Co Baydenin oğlu Hanter Baydenin Ukraynanın "Burisma" şirkətinin təmsilçisi Vadim Pojarski ilə gizli yazışmasını yayımlamışdı. Hanter Baydenin Ukrayna şirkətinə qeyri-qanuni biznes imkanları yaratdığı iddia edilir. Verilən məlumata görə, Co Bayden ABŞ-ın vitse-prezidenti olarkən nüfuzundan istifadə edərək "Burisma" şirkətinə qanunsuz imtiyazlar qazandırıb və şirkətin qanundan yayınmasına imkan verib. Onun bunu oğlunun xahişiylə etdiyi bildirilir.