13:49, 05 Sentyabr 2019 (Cümə axşamı) 78

CNN: "Tramp bir həftədə 62 dəfə yalan danışıb"

CNN:


/ DÜNYA
ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirdiyi brifinqdə "Dorian” qasırğasının Alabama ştatını da vuracağı iddiasına haqq qazandırmaq üçün təhrif edilən saxta xəritə göstərib.

"Haber 7” xəbər verir ki, ABŞ-da meteorologiyanın hava proqnozları ilə bağlı xəritələrindən sui-istifadə cinayət sayılır. 

Ölkə qanunvericiliyi belə cinayət törədən şəxslərin 90 günə qədər həbs olunmasını nəzərdə tutur. 

Məlumata görə, meteorologiya stansiyası 20 dəqiqə sonra "Tvitter” səhifəsində D.Trampın dediklərini təkzib edib: "Alabama "Dorian”dan zərər görməyəcək. Təkrar edirik, "Dorian” qasırğası Alabamaya heç bir təsir göstərməyəcək”.

D.Tramp isə nümayiş etdirdiyi xəritəni kimin hazırlaması barədə suala cavabında deyib: "Bilmirəm, bilmirəm”.

CNN televiziyası bildirib ki, ABŞ prezidenti son bir həftə ərzində çoxu "Tvitter” vasitəsi ilə olmaqla ictimaiyyətə 62 dəfə yanlış məlumat verib.