11:16, 27 Oktyabr 2019 (Bazar) 74

Tramp bu gün müəmmalı paylaşımı ilə bağlı açıqlama verəcək

Tramp bu gün müəmmalı paylaşımı ilə bağlı açıqlama verəcək


/ DÜNYA
"ABŞ prezidenti sabah səhər Ağ Evdən zəruri açıqlama verəcək".

TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı xəbərin mətnində bildirilir.
 
ABŞ prezidenti Donald Tramp özünün Tvitterdəki səhifəsində qeyri-müəyyən paylaşım edib.
 
"İndicə böyük əhəmiyyətli bir şey baş verib", - deyə Tramp yazıb. Lakin o, bununla bağlı açıqlama verməyib.
 
ABŞ-ın bir sıra KİV orqanları mənbələrə istinadən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyada öldürülməsi barədə xəbərlər yayıblar. Mətbuat güman edir ki, Ağ Ev rəhbəri bu hadisəni nəzərdə tutur. 

Bəzi sosial şəbəkə istifadəçiləri "Hillari Klinton həbs edilib?", - deyə soruşublar. Bəziləri isə güman ediblər ki, Ağ Ev rəhbəri vəzifəsindən istefa verib.