21:00, 10 Sentyabr 2019 (Çərşənbə axşamı) 99

Tramp Con Boltonu vəzifəsindən azad edib

Tramp Con Boltonu vəzifəsindən azad edib


/ DÜNYA
Prezident Donald Tramp Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu vəzifəsindən azad edib.

APA İA verdiyi məlumata görə Tramp  "xidmətlərinin artıq lazım olmadığını" deyib.

 "Mən dünən axşam Con Boltona xidmətlərinin artıq Ağ Evdə lazım olmadığını bildirdim. Mən onun bir çox məsləhətləri ilə razılaşmırdım, həmçinin administirasiyadakı bir sıra şəxslər kimi. Buna görə Condan istefasını istədim və o da bu səhər istefasını verdi." - D.Tramp deyib.

Tramp Con Boltona xidmətlərinə görə təşəkkür edib. 

Con Bolton Trampın açıqlamasından sonra, tvitter səhifəsində istefa təklifini ilk olaraq Trampa təqdim etdiyini, Trampın isə bu məsələ ilə bağlı "sabab danışarıq”, cavabını verdiyini bildirib.

Con Bolton bu vəzifəyə  2018-ci ilin aprelindən gətirilib.