10:57, 07 Noyabr 2019 (Cümə axşamı) 36

Tramp: "Demokratlar qalib gələrsə, görünməmiş depressiya ilə üzləşəcəksiniz"

Tramp:


/ DÜNYA
ABŞ prezidenti Donald Tramp demokratları "totalitarizm”də günahlandırıb və 2020-ci ildə keçiriləcək prezident seçkilərində qalib gələcəkləri təqdirdə iqtisadi gərginliyin qaçılmaz olacağını deyib.

"TASS" informasiya agentliyi xəbər verir ki, o bu sözləri Luizianada tərəfdarlarının qarşısında çıxış edərkən səsləndirib.

"Amerikanı dəyişdirmək istədikləri zaman demokratlar daha çox totalitar vəziyyətə düşürlər: narazıları sıxışdırırlar, günahsız insanlara böhtan atırlar, qanun normalarını məhv edirlər, nümayiş proseslərinə zəmin yaradırlar və sosialist gündəliyinə zərbə vurmaq üçün Amerika demokratiyasını devirməyə çalışırlar. Dəqiq olaraq deyirəm: demokratlar qayıtsa, siz heç bir zaman görmədiyiniz depressiyaya düşəcəksiniz", - deyə ABŞ lideri bildirib.

O, öz çıxışında, 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini, yayda demokratların vahid namizədinin təyin olunacağını və noyabrda seçkilərin olacağını da qeyd edib.