11:36, 14 Dekabr 2019 (Şənbə) 79

Tramp demokratları "nifrət partiyası" adlandırıb

Tramp demokratları


/ DÜNYA
ABŞ prezidenti Donald Tramp bildirib ki, heç bir səhv etmədiyim halda ona qarşı impiçment elan edilməsi ədalətli deyil.
 
Bu barədə o, özünün Tvitterdəki hesabında yazıb.
 
 

"Sol radikallar, heçnə etməyən demokratlar nifrət partiyası oldular", - deyə Tramp yazıb.

ABŞ prezidenti əlavə edib ki, onlar ölkə üçün çox pisdir.

Dekabrın 10-da ABŞ-ın Nümayəndələr Palatasında Demokrat Partiyanın nümayəndələri Donald Trampın impiçmenti proseduru çərçivəsində ittihamnamənin layihəsini təqdim ediblər.