Dünya

Tramp doğum hüququ ilə vətəndaşlığın ləğvini istəyir

30 Oktyabr, 2018
1470
ABŞ Prezidenti Donald Tramp ABŞ torpağında doğulmuş qeyri-vətəndaş və mühacirlərin övladlarına vətəndaşlıq verən konstitusiya hüququnu bitirmək üçün sərəncam imzalamaq istəyir.

ABŞ Konstitusiyasına 14-cü düzəliş Birləşmiş Ştatlarda anadan olan uşaqlara vətəndaşlıq hüququnu təmin edir.

Trampın "Axios on HBO”ya verdiyi müsahibəsindən bir hissə oktyabrın 30-da yayımlanıb.

"Biz dünyada yeganə ölkəyik ki, buraya gələn şəxsin övladı olursa, o, 85 il ərzində Birləşmiş Ştatlar vətəndaşına çevrilir, bütün imtiyazları da əldə edir”, – Tramp deyib.

"Bu gülüncdür. Buna son qoyulmalıdır”, – o, sözlərinə əlavə edib.

Ancaq Trampın dediyinin əksinə olaraq, Kanada və Meksika daxil olmaqla bir çox ölkələr ərazilərində doğulan uşaqlara məhdudiyyətsiz vətəndaşlıq verirlər.

Tramp sərəncamı nə vaxt imzalayacağını deməsə də, "proses gedir. Bu baş verəcək”, deyə vurğulayıb.

Belə bir sərəncamın legitimliyinə gəlincə, Tramp deyib ki, "deyirlər, bunu sadəcə, bir sərəncamla edə bilərəm”.

Bu hüququn ləğvi prezidentin konstitusiyaya düzəlişi ləğv etmək səlahiyyətinə dair məhkəmə dartışmasına yol açar.

Noyabrın 6-da ABŞ konqresini seçkilər keçiriləcək. Səsvermədən öncə ölkədə immiqrasiya siyasətinin sərtləşdirilməsi gündəmdədir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo