19:14, 16 Oktyabr 2020 (Cümə) 100

Tramp hakimiyyətdən getməyə hazırdır, amma qələbəyə ümid edir

Tramp hakimiyyətdən getməyə hazırdır, amma qələbəyə ümid edir

ABŞ prezidenti Donald Tramp seçiciləri ilə görüşdə bəyan edib ki, hakimiyyətdən getməyə hazırdır, amma 3 noyabrda keçiriləcək prezident seçkilərində qələbə qazanacağına ümid edir. 

"NBC" kanalındakı canlı yayımda Tramp hakimiyyəti dinc yolla ötürmək istədiyini, amma qələbə qazanmağın onun üçün ideal variant olacağını dilə gətirib. Respublikaçı namizəd çıxışı zamanı rəqib partiyanın ünvanına sərt tənqidlər də səsləndirib və demokratları "manyak" adlandırıb. 

Ağ Evin rəhbəri rəqib partiyanın ünvanına kəskin ifadələr işlədib.

O, əvvəlki çıxışlarında bildirmişdi ki, prezident seçkilərində rəqibi Co Bayden olarsa, nəticələri yalnız Ali Məhkəmə müəyyən edə bilər.

 Son aylarda Tramp "Covid-19” pandemiyası ilə əlaqədar səsvermənin poçt vasitəsilə keçirilməsi metodunu dəfələrlə tənqid edib, bu metodun kütləvi pozuntulara gətirib çıxara biləcəyini deyib.