10:16, 28 Noyabr 2019 (Cümə axşamı) 46

Tramp Honqkonqda demokratiya və insan hüququları haqqında qanunu imzalayıb

Tramp Honqkonqda demokratiya və insan hüququları haqqında qanunu imzalayıb


/ DÜNYA
ABŞ prezidenti Donald Tramp Honkonqda demokratiya və insan hüququları haqqında qanunu imzalayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Daha əvvəl ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edilən təşəbbüs ölkə administrasiyasından Çinin bu xüsusi inzibati ərazisindəki vəziyyət barədə qanunvericilərə müntəzəm olaraq hesabat verilməsini tələb edir və Vaşinqtonun fikrincə orada insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi imkanını nəzərd ətutur.

Çin hakimiyyəti daha əvvəl ABŞ-a qanun layihəsinin qəbulu ilə bağlı qəti etirazını bildirib.