10:07, 30 Oktyabr 2019 (Çərşənbə) 77

Tramp İŞİD liderini təqib edən iti Ağ evə dəvət edib

Tramp İŞİD liderini təqib edən iti Ağ evə dəvət edib


/ DÜNYA

ABŞ prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi üzrə əməliyyata kömək etmiş iti Ağ evə dəvət edib.


Bu barədə "The New York Times" məlumat yayıb.


Adı açıqlanmayan rəsmi şəxsin mətbu orqana verdiyi məlumata görə, ABŞ Prezidenti iti görmək istəyib.

 

Bundan əvvəl isə Tramp özünün Tvitter səhifəsində itin fotosunu paylaşaraq onun xidmətlərini qeyd edib.

 



İt əməliyyat zamanı yüngül yaralanıb və hazırda bərpa dövrünü keçir.


Məlumatlara görə, itin ləqəbi "Konan"dır. Onu Amerikanın komik ustası Konan O Brayenin adı ilə belə adlandırıblar.