10:15, 06 Noyabr 2019 (Çərşənbə) 56

Tramp Suriyada neft yataqlarını qorumaqla bağlı planı təsdiqləyib

Tramp Suriyada neft yataqlarını qorumaqla bağlı planı təsdiqləyib


/ DÜNYA
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə genişləndirilmiş hərbi missiya planını təsdiqləyib.

Bu barədə ABŞ KİV-ləri məlumat yayıb.

Plana əsasən, ABŞ ordusu Suriya kürdlərinin nəzarət etdiyi ərazilərin çoxunu qoruyacaq.

Həmçinin qeyd olunur ki, Suriyada azı 800 ABŞ hərbçisi qala bilər. Onlardan 200-ə yaxınının Suriyanın cənubunda yerləşən Et-Tanfın bazasında yerləşdiriləcəyi bildirilir.