11:00, 22 Oktyabr 2019 (Çərşənbə axşamı) 557

Tramp Türkiyəni sanksiyalarla hədələdi

Tramp Türkiyəni sanksiyalarla hədələdi


/ DÜNYA
ABŞ prezidenti Donald Tramp "qəbuledilməz davranış” göstərəcəyi təqdirdə Türkiyəni əlavə rüsumlarla və sanksiyalarla hədələyib.

"TASS” agentliyi xəbər verir ki, ABŞ prezidenti bu barədə Ağ Evdəki kabinetində iclas zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Əgər Türkiyə hökuməti lüzumsuz hərəkətlərə yol verərsə, düşünmürəm ki, bunlar baş verəcək, ancaq bizim heç kəsin bilmədiyi gücümüz var – bunlar sanksiyalar, rüsumlardır. O zaman biz sanksiyalar, rüsumlar tətbiq edəcəyik”, - deyə Tramp vurğulayıb.

D.Tramp qeyd edib ki, ABŞ ölkəyə gələn Türkiyə mallarına rüsumlar tətbiq edəcək: "Onlar ABŞ-a böyük həcmdə polad, o cümlədən digər mallar göndərirlər. Biz bu mallara rüsumlar tətbiq edəcəyik, biz onlara qarşı sanksiyalar tətbiq edəcəyik".

Suriyanın şimalında "Barış Pınarı” hərəkatının 120 saatlıq dayandırılması ilə bağlı ABŞ-la Türkiyə arasındakı razılığın müddətinin bitməsinə bir neçə saat qalmış Vaşinqtondan Ankaranı hədələyən bəyanatlar səslənib.
 
ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo "Prezident Donald Tramp ehtiyac yaranarsa, Türkiyəyə hərbi müdaxilə etməyə hazırdır” açıqlamasını edib:
 

Mayk Pompeo
 
"Sülhü müharibəyə dəyişmərik. Ancaq hərbi tədbir görülməsi lazım gələrsə, Tramp buna hazırdır".