12:10, 30 Oktyabr 2019 (Çərşənbə) 72

Tramp: "Bağdadinin yerinə keçmək istəyən terrorçu zərərsizləşdirildi"

Tramp:


/ DÜNYA
"Bağdadinin yerinə keçmək istəyən bir nömrəli terrorçu zərərsizləşdirildi"

Bu barədə ABŞ prezidenti Donald Tramp tvitterdə yazıb. Onun sözlərinə görə, Əbubəkr əl-Bağdadinin yerinə keçmək istəyən bir nömrəli terrorçu ABŞ silahlıları tərəfindən zərərsizləşdirilib.

Terrorçunun kimliyini açıqlamayan Tramp yazıb: "Bağdadinin yerinə keçmək istəyən bir nömrəli terrorçu zərərsizləşdirildi. Güman ki, İŞİD-in yeni lideri olacaqdı. Artıq o da öldü”.
 


 

Əl-Bağdadinin öldürülməsindən sonra Hacı Abdullah əl-Afari ləqəbli Abdullah Qardaşın İŞİD terror qruplaşmasının yeni rəhbəri elan olunduğu bildirilirdi. O, milliyətcə türkməndir.

Donald Trampın "1 nömrəli şəxs" adlandırdığı terrorçunun İŞİD sözçüsü Əbu Həsən əl-Muhacir olduğu bildirilib. Bu barədə Ağ Evdən verilən açıqlamada deyilir: "Prezidentin bəhs etdiyi şəxs İŞİD sözçüsü Muhacir idi".