Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Azərbaycana gəlir.
Bu barədə o, "Twitter" hesabında yazıb.
"Oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyəm. Həmkarlarım və digər yüksəkçinli rəsmilərlə görüşərək bir sıra təhlükəsizlik məsələləri üzrə Amerikanın maraqlarını təşviq edəcəyəm”, – Bolton yazıb.
C. Bolton bu ilin martında Donald Trampın milli təhlükəsizlik müşaviri elan olunub.
Corc Buş administrasiyasında silahlara nəzarətə rəhbərlik edən Bolton 2003-cü ildə İraqa müdaxilənin hərəkətverici qüvvəsi olub. Bolton da Tramp kimi ABŞ-ın İranla 2015-ci il nüvə sazişindən çıxmasına tərəfdar idi və Tramp mayda həmin sazişdən çıxdığını elan elədi.
XƏBƏRLƏR