İqtisadiyyat

Trampın tviti neftin qiymətini aşağı salıb

2 Avqust, 2019
567
ABŞ prezidenti Donald Tramp Çin rəsmiləri ilə danışıqdan sonra "Twitter” üzərindən etdiyi paylaşım dünyanın gündəminə çevrilib.

Avqustun 1-də Donald Trampın tviti sonrası neft bir gündə 6 faiz ucuzlaşıb. Bu son 4 il ərzində ən kəskin ucuzlaşma olub.
 
Paylaşım Çinə tətbiq ediləcək yeni vergilərlə bağlı idi:
"Danışıqlar zamanı ABŞ sentyabrın 1-də Çindən ölkəmizə gələn 300 milyard dollarlıq mal və məhsullara 10% -lik kiçik bir əlavə vergi qoyacaq. Bura artıq 25% vergi qoyulmuş 250 milyard dollar daxil deyil”.

Bu paylaşımdan əvvəl 64,67 dollara qədər yüksələn neftin qiyməti bir anda 61,30 dollara düşüb.
 
Azərbaycan brendi olan "Azəri Light” markalı neftin bir barrelinin qiyməti isə 1,35 dollar azalaraq 66,09 dollar olub.

Azərbaycan iqtisadiyyatının əsas hissəsini neft gəlirləri təşkil etdiyi üçün bu xəbər ölkədə gündəm olub.

İqtisadçı Vüqar Bayramova görə, Trampın yeni açıqlaması ticarət müharibəsinin davam edəcəyi və daha da genişlənəcəyindən xəbər verir: "Doğrudur, bu gün birjalarda neftin qiyməti müəyyən qədər stabilləşib. Amma yenə də "Brent” markalı neftin bir bareli 62 dollardan aşağı təklif olunur. Bununla belə, qlobal iqtisadi azalma və ticarət müharibələri fonunda neftin qiymətində yeni azalmalar ehtimalı kifayət qədər yüksəkdir”.

Ekspert deyir ki, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır: 
"Bu, həmçinin "neft bumu”nun bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir”. 

"Neft bumu” neftin sənayesinin inkişafı ilə bağlı istifadə edilən ifadədir. Rotşild və Nobel qardaşlarının Bakıda neft çıxardığı XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycanda əsas "neft bumu” sayılır.

Ekspert deyib ki, Azərbaycanın əsas hədəfi həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması olmalıdır: "Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür”.
 
Ekspert bu ucuzlaşmanın ölkəyə təsir etməməsi üçün neftdən asılılğın aradan qaldırılmalı olduğunu deyib:
"Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni "şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır”.

"Brent” markalı neftin bareli gün ərzində yenidən 1,17% artaraq 62,02 dollara çatıb.

Uğur Fərzəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo