14:05, 16 Yanvar 2020 (Cümə axşamı) 36

Trampla Erdoğan İran, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər

Trampla Erdoğan İran, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər


/ DÜNYA
ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan telefonla İran, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

AzadlıqRadiosunun verdiyi məlumata görə, bu barədə ayrılıqda hər iki prezidentin adminstrasiyası məlumat yayıb.

Amma hər tərəflər danışıqların detalları barədə hələlik ətraflı məlumat verməyiblər.

İranın yanvarın 8-də Tehranda Ukraynanın sərnişin təyyarəsini raketlə vurmasından sonra Qərblə İran arasında münasibətlər daha da gərginləşib. Həmçinin buna etiraz olaraq İranda kütləvi aksiyalar keçirilir. Aksiyaçılar hakimiyyəti xalqa yalan satmaqda ittiham edir.

Öncə təyyarənin vurulduğunu inkar edən İran hakimiyyəti sonradan etiraf elədi ki, onu ölkənin hava hücumlarından müdafiə qüvvələri səhvən vurub.

Bu arada verilən məlumata görə isə Almnaiya kansleri Angela Merkel yanvarın 19-da Berlində Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və İtaliya liderlərinin iştirakı ilə Liviyadakı silahlı münaqişəni müzakirə etməyi planlaşdırır.

BMT-nin baş katibi Antonio Gutteres-də bu görüşə qatılmalıdır.

Hazırda Liviyada, beynəlxalq aləm tərəfindən tanın Tripoli hökuməti və Rusiyanın dəstəklədiyi general Khalifa Haftar-ın orduları arasında savaş gedir.

Türkiyə bu münaqişədə Tripoli hökumətinin tərəfini saxlayır.

Bu günlərdə Rusiya və Türkiyənin təşəbbüsü ilə Moskvada keçirilən Liviya danışıqları heç bir nəticə verməyib.