10:20, 18 Noyabr 2019 (Bazar ertəsi) 70

Trampla Makron İran və Suriya məsələlərini müzakirə edib

Trampla Makron İran və Suriya məsələlərini müzakirə edib


/ DÜNYA
ABŞ prezidenti Donald Trampla fransız həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Bildirilir ki, dövlət başçıları telefon danışığının gedişatında Suriya, İran məsələlərini, həmçinin NATO-nun dekabrın əvvəlində Londonda keçiriləcək sammitini müzakirə ediblər.

"Bu gün prezident Donald Tramp Fransa prezidenti Emmanuel Makronla danışıb. Liderlər İran və Suriya ilə bağlı sonrakı addımları, həmçinin Londonda NATO liderlərinin qarşıdakı görüşünü müzakirə ediblər", - deyə xəbərdə bildirilir.

Şimal Atlantika Alyansının sammiti dekabrın 3-4də Londonda keçiriləcək.