15:10, 17 Oktyabr 2019 (Cümə axşamı) 587

Tullantılar arasından 19-cu əsrə aid nadir kitab tapılıb

Tullantılar arasından 19-cu əsrə aid nadir kitab tapılıb
Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı 19-cu əsrdə dərc edilmiş kitab tapılıb.
Bu barədə İqtisad Nazirliyi məlumat yayıb.

Məlumata görə, kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub.

Kitab şair, filosof və alim Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin "El-Kafiye” əsərinə şərhi barədədir. 

Hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun "Qeyri-adi tapıntılar” guşəsində saxlanılır.

Çeşidləmə zamanı aşkar olunan maraqlı əşyalar "Qeyri-adi tapıntılar” guşəsində yerləşdirilməklə "Təmiz Şəhər” ASC-yə təşkil olunan məlumat turlarnın iştirakçılarına nümayiş etdirilir.

Zərifə Novruz