10:25, 11 Yanvar 2020 (Şənbə) 52

Tunis parlamenti ölkə tarixində ilk dəfə yeni hökuməti təsdiqləməyib

Tunis parlamenti ölkə tarixində ilk dəfə yeni hökuməti təsdiqləməyib


/ DÜNYA
Tunis parlamenti yeni hökumətin tərkibini təsdiq etməyib.

RİA "Novosti” xəbər verir ki, bu barədə "Tunis” agentliyi bildirib.

Qeyd edilir ki, yeni hökumət Tunisin təyin edilmiş baş naziri Həbibi əl-Jamli tərəfindən təklif olunmuşdu.

Deputatların əksəriyyəti - 134 nəfər təklif edilmiş namizədlərin əleyhinə səs veriblər.

Məlumata görə, bu hadisə ölkə tarixində ilk dəfə baş verir.