15:41, 20 Oktyabr 2020 (Çərşənbə axşamı) 172

Tural Müseyibovun agentlikdəki vəzifəsindən azad edildiyi deyilir

Tural Müseyibovun agentlikdəki vəzifəsindən azad edildiyi deyilir
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovun tutduğu vəzifədən azad edildiyi deyilir. 

O, oktyabrın 19-dan sosial şəbəkədə Qarabağ döyüşlərində həlak olmuş əsgər Şaiq Kəlbiyevi təhqir etməkdə suçlanır. 

Sosial şəbəkə istifadəçiləri Dövlət Dəniz Agentliyinin rəhbərliyindən Tural Müseyibovu tutduğu vəzifədən çıxarmağı, onun özündən isə şəhidə görə üzr tələb edirdilər. 

T.Müseyibov isə işdən ayrılması barədə açıqlama yayıb. 

O bildirib ki, artıq 1 həftədir Agentlikdən öz istəyi ilə ayrılıb. 

T.Müseyibov fikirlərinin yanlış anlaşıldığını da qeyd edib: "Yazırlar ki, guya, şəhidi təhqir etmişəm. Mən necə belə edə bilərəm? Mən şəhid olan əsgərimizin adının hansısa bir axmaq təşkilata bağlanmasına etiraz etmişəm. Yaxşı oxusunlar. Mən şəhidin LGBT üzvü olmasının qabardılmasının əleyhinəyəm. Niyə şəhid adından istifadə edirsiniz?... Fikrim budur”.