16:14, 18 May 2019 (Şənbə) 144

Tural Sadıqlı: "Barəmdə cinayət işi açılıb və tapılmağım interpola tapşırılıb"

Tural Sadıqlı:
Avropada yaşayan siyasi mühacir, videobloger Tural Sadıqlı İnterpol tərəfindən axtarışa verildiyini deyir.

Bu barədə Tural Sadıqlı öz "Facebook” səhifəsində yazıb.

Sabunçu rayonunda yerləşən evlərinə özlərini Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin işçiləri kimi təqdim edən şəxslər ailəsinə Tural Sadıqlının barəsində cinayət işi açıldığını bildiriblər:

"Baş Prokurorluqda barəmdə 162006084 saylı cinayət işi açılıb və tapılmağım interpolun yerli bürosuna tapşırılıb.

Bu barədə Sabunçu polisi ailəmin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evə gələrək məlumat verib və evdə mənim olub-olmadığıma dair baxış keçirib. Eləcə də əlində olan və təqdim etməkdən imtina etdiyi kağızı oxuyaraq çıxıb gedib. Sənəddə o da bildirilir ki, tapılmağımla bağlı axtarışa verilmişəm və axtarış İnterpolun yerli bürosuna tapşırılıb.

Cinayət işi və axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəis müavini Vüqar Nəsibov tərəfindən qaldırılıb”.