Siyasət

“Türk kimliyini ölkədən silmək istəyirlər”

3 Mart, 2017
8938
Millət vəkili Arif Rəhimzadə Rusiya mediasına müsahibəsində azərbaycanlıların türk adlandırılmasının əleyhinə olduğunu bildirib. 

Bir müddət əvvəl eyni arqumentlə başqa bir deputat Araz Əlizadə çıxış edib. Hər iki şəxsin açıqlaması ictimaiyyətdə narazılıqla qarşılanıb, müzakirələrə səbəb olub.

Toplum TV yaranmış suallara Milliyyətçi Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Müşviq Vəliyevlə cavab tapmağa çalışıb.

- Son zamanlar Milli Məclisin deputatları Arif Rəhimzadə və Araz Əlizadə mətbuata açıqlamalarında bizim türk deyil, azərbaycanlı olduğumuzu deyirlər. Sizin bu haqda fikirləriniz necədir?

- Sadaladığınız adamları xalq seçməyib, onları təyin ediblər. Onlar millətin adından danışa bilməzlər. Buna görə də bu adamların dedikləri qəbul edilmir. Digər tərəfdən baxsaq, bu fikirlərin səsləndirilməsində iki variant ola bilər. Birinci, bu savadsızlıqdan irəli gələ bilər. Orta statistik tarix bilgisi olan adam bilir ki, bizim köklərimiz haradan gəlir. İkinci məsələ isə qərəzli yanaşmadır. Bu adamların qərəzli olmasına səbəb də keçmiş kommunist təfəkkürlü insanlar olmasından irəli gəlir. Arif Rəhimov Azərbaycan Respublikasının müstəqilliyinin əlehinə səs verən adamdır. Belə deməsi başadüşüləndir və bu mövzuların haradan qaynaqlandığı da məlumdur. Türk milli kimliyinin Azərbaycandan silinməsi keçmiş rus, kommunist siyasətinin bir hissəsi olub.
 
- Azərbaycanlı və türk kəliməsində nə fərqlər görürsünüz?
 
-Azərbaycanlı sözü bizim vətəndaşlığmızı ifadə edir. Bu ölkədə yaşayan hər bir etnik qrup azərbaycanlıdır. Türk isə bizim etnik kimliyimizdir. Hansı ki, bu etnik qrupun adı dövlət statistikasında azərbaycanlı kimi göstərilir. Bu, bir paradoksdur. Bu paradoksu yaratmaqla türk kimliyini Azərbaycandan silməyə çalışırlar. Biz isə deyirik ki, Azərbaycanda yaşayan hər bir kəs azərbaycanlıdır. Hər bir kəsin öz milli, etnik kimliyini bilməyə və onu qorumağa haqqı var. Bu problemin qaynağı müasir dövrdə 1995-ci il konstitusiyası ilə yenidən qoyuldu. Dilin adı dəyişdirildi. Bunu ilk dəfə 1937-ci ildə kommunistlər etmişdi. Bütün bu siyasətin arxasında tək məqsəd var, türk kimliyni bu ölkədən silmək.
 
- Bəs ölkənin türk olan insanları necə, türk olduqlarını bilirlərmi və bunu qəbul edirlərmi?
 
-Gəlin tarixə baxaq, iki yüz il bu torpaqlar rus işğalı altında olub. Ruslar burada assimilyasiya siyasəti yeridib. Hər dəfəsində bizə müxtəlif adlar veriblər. Bu işğalın yetmiş illik kommunist mərhələsi daha amansız olub. Millətin düşünən beyinlərini sürgün edib, onları kommunist ideologiyası ilə böyüdülən insanlarla əvəzləyiblər. Bu da təbii ki, milli düşüncəyə və milli kimliyə öz təsirini göstərib. İnsanlar hələ də bu mövzuları müzakirə edir.
 
- Sizin təmsil olunduğunuz təşkilat, Milliyyətçi Gənclər Təşkilatı bu yöndə hansı işlər görür?
 
- Biz tarixi Azərbaycan torpaqlarında yaşayan hər bir etnik qrupun öz milli kimliyini qoruması və yaşatmasını dəstəkləyirik. Öz fəaliyyətimizdə türk milli kimliyi haqqında mühazirələr, tədbirlər təşkil edirik. Yeni dövrün trendi olan sosial şəbəkələrin verdiyi imkanlardan yararlanıb təbliğatımızı orada da aparırıq. Fikir adamları və yazarlarla birgə tədbilər təşkil edirik. Gənclərin aydınlanması və inkişafı sahəsində işlər görürük.
  
Qara Məhəmmədoğlu
Toplum.tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo