10:15, 19 Oktyabr 2019 (Şənbə) 1034

Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək

Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaxın zamanlarda möhkəmlənəcək və dünyada vacib güc mərkəzinə çevriləcək.

Bunu Brüssel Avropa Araşdırmaları Mərkəzinin rəhbəri Naciye Selin Şenocak deyib.

Onun sözlərinə görə, Özbəkistanın Türk Şurasına qoşulması, eləcə də Macarıstanda Şuranın nümayəndəliyinin açılması bu strukturun vacibliyi və artan rolunu göstərir:

"İdarəetmə oxunun Asiyaya keçdiyi yeni dünya düzənində Türk Şurası vacib rol oynayacaq”.

Mərkəzin rəhbəri əlavə edib ki, Türk Şurasının fəaliyyəti gələcəkdə də "Bir kəmər, bir yol” layihəsinin köməyi ilə iqtisadi, siyasi və sosial baxımdan inkişaf edəcək və dərinləşəcək.

O qeyd edib ki, Bakıda keçirilən sammit zamanı Türk Şurası Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatlarına ciddi dəstək verəcək və bununla birlik barədə güclü ismarıc çatdıracaq.