Dünya

Türkiyə Britaniya vətəndaşı olan İŞİD cihadçısını deport edib

15 Noyabr, 2019
456
Antiterror polisi Hitrou hava limanında bir ingilis vətəndaşını həbs edib.
 
"Guardian" xəbər verir ki, İngiltərə bu addımı Türkiyə İslam Dövləti şübhəlisini Birləşmiş Krallığa sürgün etdiyini dedikdən sonra atıb.

Metropolitan polisinin terrorla mübarizə komandanlığı deyib ki, 26 yaşlı ingilis vətəndaşı Hitrou havalimanına gəldiyi zaman terror aktları törətməkdə şübhəli bilinərək saxlanılıb. Qeyd edilib ki, naməlum şübhəli polis nəzarətindədir və həbsinin səbəbi Suriya ilə bağlıdır.

Hadisə ilə bağlı başqa bir təfərrüat açıqlanmayıb. Türkiyə cümə axşamı günü bildirib ki, ingilis vətəndaşı türk həbsxanalarında saxlanılan səkkiz xarici İŞİD şübhəliləri arasında olub.

Təhlükəsizlik mənbələri "Guardian”a bildirib ki, şübhəli böyük bir İŞİD fiquru olmayıb və bölgəyə bu yaxınlarda səfər edib.

Türkiyədə neçə Britaniya vətəndaşının saxlandığı bilinmir. İndiyədək yalnız birinin adı açıqlanıb. Bu şəxs 35 yaşlı İŞİD üzvü Aine Devis olub. O, Suriyada girovların başını kəsməklə məşğul olub. Hazırda o, Türkiyə həbsxanasındadır və o, 7.5 il müddətə cəzaya məhkum edilib.

İkinci şəxs 23 yaşlı Şabazz Suleman fevral ayında suriyalı üsyançı saxlanma məntəqəsindən azad edilib. Ona qarşı irəli sürülən ittihamlar yerli müxalifətin idarə etdiyi məhkəmə tərəfindən qaldırıldıqdan sonra Suleman Türkiyəyə getmək istəyini bildirmişdi. Onun hazırda harada olduğu bilinmir.

Britaniya diplomatları bu həftənin əvvəlində demişdi ki, Türkiyədən heç bir məhbus gözləmirlər.

İmmiqrasiya və təhlükəsizlikdən məsul nazirlik ayrı-ayrı hadisələrə münasibət bildirməməsinə baxmayaraq, qeyd edib ki, onun davamlı siyasəti odur ki, İngiltərəyə Suriya və ya İraqdakı konfliktlərdən qayıdan hər bir İngiltərə vətəndaşının polis tərəfindən araşdırılması gözləniləndir və o, mühakimə olunmalıdır.

Keçən ay Suriyanın kürdlərin əlində olan hissələrində ələ keçmiş 287 əsirlə birlikdə Türkiyədə 1200-ə yaxın əcnəbi saxlanılır.

900-ə yaxın ingilisin Suriya və İraqda İŞİD uğrunda döyüşmək üçün getdiyi güman edilir. Onların yarısı artıq İngiltərəyə qayıdıb, geri qayıdanların bir hissəsi aktiv nəzarət altındadır. Qalanların ya öldürüldüyü, ya həbsdə olduğu bildirilir.

Ankara uzun müddətdir Avropa müttəfiqlərindən vətəndaşlarını ölkələrinə buraxmaqdan imtina etdiklərinə görə şikayətçidir. Türkiyə rəsmiləri Ankaranın terror qruplaşması hesab etdiyi kürd silahlılarına qarşı Suriyanın şimalında başlatdığı hücumla əlaqədar beynəlxalq qınağa məruz qaldıqdan sonra xarici cihadçıları ölkədən qovmaq qərarını həyata keçirməyə başlayıb.

Bu həftənin əvvəlində jurnalistlərə müsahibə verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həbsdə olan bütün xarici hərbçiləri buraxaraq Avropaya göndərəcəyini bildirib.

Bir İngiltərə vətəndaşı və ən azı yeddi Almaniya, habelə Fransa, Danimarka və Hollandiya vətəndaşlarının bugünə qədər Türkiyədən deportasiya edildiyi güman edilir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo