Dünya

Türkiyə bu həftə Suriya qüvvələrini İdlibdən geri çıxaracaq

27 Fevral, 2020
400
"Türkiyə bu həftə Suriya hökumət qüvvələrini Suriyanın şimal-qərbindəki İdlib bölgəsində yerləşən hərbi müşahidə postlarından uzaqlaşdırmağı planlaşdırır”, - Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə günü deyib.

MeydanTV "Reuters"-ə istinadən xəbər verir ki, doqquz illik müharibədən sonra Rusiya tərəfindən dəstəklənən Suriya hərbi qüvvələri irəliləyərək Türkiyənin dəstəklədiyi üsyançıların son qalası olan İdlibi ələ keçirməyə çalışır.

Son üç ayda təxminən bir milyon suriyalı didərgin düşüb. Müharibədən qaçanlar Suriyanın sərhəddində yerləşən Türkiyə torpaqlarına pənah aparırlar.

Ankara üsyançılara dəstək vermək üçün bölgəyə minlərlə əsgər və yük maşını göndərir. Bu müddət ərzində Ərdoğan Suriya prezidenti Bəşər Əsəd qüvvələrini geri çəkməyə söz verib.

"Bu ayın sonuna qədər müşahidə postlarımızı Suriya hökumət qüvvələrindən azad etməyi planlaşdırırıq”,- Ərdoğan partiyasının millət vəkillərinə deyib.

Suriya İnsan Haqları Müşahidə Qurumu və Əsədin Livan müttəfiqi Hizbullah tərəfindən idarə olunan medianın verdiyi məlumata görə, Əsəd qüvvələri çərşənbə günü İdlibin cənubunda bir sıra kəndləri ələ keçirib.

Hökumətyönlü qüvvələrin məqsədi Kafar Aveed şəhərinə çatmaq olub. Belə ki, bu şəhərin ələ keçirilməsi üsyançıların böyük bir ərazidən o cümlədən onların son qalası hesab edilə Hama əyalətindən çıxarılması deməkdir, Suriya İnsan Haqları Müşahidə Qurumunun direktoru Rami Abdulrahman deyib.

Suriya ordusu son bir neçə gündə İdlib əyalətinin cənubundakı çoxsaylı kənd və qəsəbələri ələ keçirdiyini təsdiq edib.

Ərdoğan əvvəlcə fevralın 5-də Əsəd qüvvələrinin fevral ayının sonunadək Türkiyənin müşahidə postlarından geri çəkilməsini tələb edib. Əks halda Türkiyənin onları geri çəkəcəyini deyib.

Türkiyə Rusiya və İranla bağlanmış 2017-ci il müqaviləsinə əsasən İdlibdə "de-eskalasiya zonası” ətrafında 12 müşahidə postu qurub, ancaq onlardan bəziləri hazırda Suriya hökumət qüvvələrinin sərhəd xəttindən arxada qalır.

Türk hərbçiləri tərəfindən dəstəklənən suriyalı üsyançılar bu həftə İdlibin Nairab şəhərini ələ keçiriblər. Üsyançıların və türk mənbələrinin verdiyi məlumata görə, bu, Suriya hökumət qüvvələrinin irəliləməsindən sonra geri alınmış ilk ərazidir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo