Dünya

Türkiyə də Nobel mərasimini boykot edir

10 Dekabr, 2019
502
Türkiyə Albaniya və Kosovoya qoşularaq dekabrın 10-da Nobel mərasimini boykot edir.
 
AzadlıqRadiosunun verdiyi məlumata görə, onlar 2019-cu il ədəbiyyat mükafatının avstriyalı yazıçı Peter Handke-yə verilməsinə etiraz edirlər.

Handke Serbiyanın mərhum lideri Slobodan Milosevic-i dəstəklədiyinə görə tənqid olunur.

"Nobel mükafatına layiq deyil”

Türkiyənin İsveçdəki səfiri Hakki Emre Yunt dekabrın 9-da Türkiyənin "Hurriyet” qəzetinə deyib ki, bir gün sonra Stokholmda keçiriləcək mükafatlandırma mərasiminə qatılmayacaq. İsveçdə Handke-yə qarşı iki nümayişin təşkil olunacağı gözlənir.

Ötən həftəsonu Türkiyənin hökumət rəsmisi İsveç Akademiyasını mükafatı Handke-yə vermək qərarını dəyişməyə çağırıb.

Kosovonun vəzifədən getməkdə olan xarici işlər naziri naziri Behgjet Pacolli də İsveçdəki səfirə tədbiri "boykot” etmək göstərişi verib. Onun sözlərinə görə, "Milosevic-i və onun Bosniya və Kosovoda törətdiyi soyqırımını dəstəkləyən yazıçı Nobel mükafatına layiq deyil”.

Albaniyanın Xarici işlər naziri vəzifəsini icra edən Gent Cakaj da oxşar addım atıb. O, tvitində yazıb ki, "Yuqoslaviyanın parçalanması zamanı baş vermiş hərbi cinayətləri əsaslandırmağa görə mükafat verilməməlidir”.
 


Bu gün Stokholmun mərkəzindəki Norrmalmstorg meydanında Handkeyə qarşı yüzlərlə adamın etiraza çıxacağı gözlənir. Daha bir nümayiş isə mükafat mərasiminin keçirildiyi Stokholm Konsert Zalının qarşısında planlaşdırılır.

Oktyabrın 10-da İsveç Akademiyası Ədəbiyyat üzrə Nobel mükafatını 77 yaşlı avstriyalı yazıçıya təqdim edib. Bu addım Balkanların bir çox yerində qəzəblə qarşılanıb. Səbəb onun 2006-cı ildə Milosevic-in dəfni zamanı keçmiş prezidenti öyən nitq söyləməsidir.

Milosevic BMT hərbi tribunalında mühakimə olunan zaman vəfat edib. O, 1990-cı illərdə Yuqoslaviyanın parçalanmasından sonrakı münaqişələrdə soyqırımı və digər hərbi cinayətlər törətməkdə təqsirləndirilirdi.

Handke dekabrın 6-da Stokholmda keçirilən mətbuat konfransında Milosevic-ə dəstəyilə bağlı sualları cavablandırmayıb.

"Mən fikirləri deyil, ədəbiyyatı sevirəm”, – o, jurnalistlərə deyib.

Dekabrın 10-da Handke-yə 9 milyon kron (935 min dollar) təqdim olunacaq, daha sonra ənənəvi Nobel banketi keçiriləcək.

İsveçdəki səfirlər tədbirə və banketə cəlb olunublar.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo