10:45, 08 İyul 2019 (Bazar ertəsi) 47

Türkiyə məhkəməsi jurnalisti azad edib

Türkiyə məhkəməsi jurnalisti azad edib


/ DÜNYA
Məhkəmə jurnalistin qardaşı Əhməd Altanın və digər jurnalist Nazli İlıcağın üzərindən ömürlük həbs cəzasını götürüb.

Bu barədə  "Anadolu” agentliyi xəbər verir.

Xəbərdə deyilir ki,Türkiyənin Ali Məhkəməsi ABŞ-da yaşayan din xadimi Fəthulla Gülən camaatı ilə bağı olmaqda ittiham edilən jurnalist Mehmet Altana bəraət verib.

Ankara 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhdin Gülənin təşəbbüsü ilə təşkil edildiyini iddia edir. Gülən indiyə qədər iddiaları rədd edib.

Həmçinin xəbərdə , məhkəmənin jurnalistin qardaşı Əhməd Altanı və digər jurnalist Nazli İlıcağı "konstitusiyanı pozma” ittihamından azad edib. 

Onların üzərindən ömürlük həbs cəzası qaldırılıb. Lakin məhkəmə hesab edib ki, Əhməd Altan və İlıcağıya qarşı irəli sürülən Gülən şəbəkəsinə bilərəkdən və istəyərəkdən kömək etmələri ittihamı doğrudur.