11:05, 14 Oktyabr 2019 (Bazar ertəsi) 182

Türkiyə MN: "Suriyada məhv edilən terrorçuların sayı 550-yə çatıb"

Türkiyə MN:


/ DÜNYA
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı"  əməliyyatı nəticəsində PKK/PYD və YPG terror qruplaşmalarının  ümumilikdə 550 silahlısı məhv edilib. 

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında "Barış pınarı”  əməliyyatına başlayıb.  Əməliyyatın məqsədinin Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaq olduğu bildirilir.