10:48, 30 May 2019 (Cümə axşamı) 63

Türkiyə NASA alimini həbsdən buraxıb

Türkiyə NASA alimini həbsdən buraxıb


/ DÜNYA
NASA-nın Mars proqramında çalışmış Türkiyə-Amerika alimi Türkiyədə həbsdən buraxılıb. Bunun iki ölkə liderləri arasında telefon danışığından sonra baş verdiyi bildirilir.

Bu barədə AzadliqRadiosu məlumat yayıb.
 
Serkan Golge terrorçuluq ittihamları ilə üç il təkadamlıq kamerada saxlanıb. O, mayın 29-da Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın ABŞ-dan həmkarı Donald Trump ilə telefon danışığından sonra buraxılıb.

40 yaşlı alimin buraxılmasının səbəbi izah olunmayıb.

Vaşinqton Golge və digər saxlananları buraxmağa çağırırdı.

Golge 2016-cı ildə, Türkiyədə ailəsi ilə tətili bitincə Hyustona yola düşməzdən bir gün öncə saxlanıb. Bu həbs 2016-cı ildə Erdogan-a qarşı uğursuz dövlət çevrilişi cəhdindən sonraya təsadüf edib.

Alim terror təşkilatına üzvlükdə ittiham olunaraq 2018-ci ilin fevralında 7 il yarım həbs cəzasına məhkum edilib. Apellyasiya şikayətindən sonra onun cəzası beş ilə salınıb, ittihamı isə "terror təşkilatına yardım”a dəyişdirilib. Almaniyanın dpa agentliyi bunu məhkəmə sənədlərinə istinadla xəbər verib.