23:30, 10 Oktyabr 2019 (Cümə axşamı) 461

Türkiyə ordusu YPG-yə göndərilən yardımların yolunu kəsib

Türkiyə ordusu YPG-yə göndərilən yardımların yolunu kəsib


/ DÜNYA
"Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı” antiterror əməliyyatı çərçivəsində Rasulayn bölgəsinin şərqindəki strateji əhəmiyyətə malik Darbasiyah qəsəbəsini PKK/YPG və İŞİD terrorçularından təmizləyib".
 
Bunu Türkiyənin Milli Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.

Verilən məlumata görə, qəsəbənin nəzarət altına alınması ilə YPG-yə göndərilən istənilən yardımların yolu kəsilib.

Əməliyyat zamanı ümumilikdə 11 kənd terrorçulardan azad olunub. 
 
Zərərsizləşdirilən terrorçuların sayının 174-ə çatdığı bildirilir