10:20, 07 Oktyabr 2019 (Bazar ertəsi) 55

"Türkiyə Ordusunu dəstəkləməyəcəyik" - Ağ Ev



/ DÜNYA
ABŞ Prezidenti Donald Tramp vəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon söhbətindən sonra Ağ Ev açıqlama yayıb.

CNN -Türk-ün verdiyi xəbərə görə, açıqlamada bildirilib ki, ABŞ Silahlı Qüvvələri Suriyada Fərat əməliyyatlarını dəstəkləməyəcək və son 2 ildə ABŞ-ın İŞİD-dən qoruduğu bölgəyə bundan sonra Türkiyə məsuliyyət daşıyacaq.

Açıqlamanın ardından Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın da tvitter hesabında açıqlama yayıb. İbrahim Qalın yazıb ki, Türkiyənin kimsənin torpağında gözü yoxdur. Suriyanın ərazi bütövlüyü çərçivəsində "təhlükəsiz bölgə” yaratmaqda Türkiyənin məqsədi sərhədlərinin təhlükəsizliyini və suriyalı qaçqınların öz doğma torpaqlarına qayıtmasını təmin etməkdir: "Türkiyə güclüdür və qərarında qətiyyətlidir”.

Türkiyə mediasında yazılanlara görə, bundan sonra Türkiyənin bölgədə "Barış pınarı” adlı hərbi əməliyyatlara başlayacağı gözlənilir.