15:55, 14 Oktyabr 2019 (Bazar ertəsi) 446

Türkiyə Prezidenti Azərbaycana gəlib

Türkiyə Prezidenti Azərbaycana gəlib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 14-də Azərbaycana gəlib.

Onun səfəri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə iştirak məqsədi daşıyır.
 
Türkiyə prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və başqa rəsmi şəxslər qarşılayıblar.

Sabah, oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə Görüşü keçirilməlidir.

Türk Şurası 2019-cu ildə yaradılıb. Şuraya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.