15:56, 18 Oktyabr 2019 (Cümə) 1481

Türkiyə Prezidenti hazırki vəziyyət barədə məlumat açıqlayıb

Türkiyə Prezidenti hazırki vəziyyət barədə məlumat açıqlayıb


/ DÜNYA
"Dünən ABŞ-ın vitse-prezidenti Mayk Penslə həm iki tərəfli, həm də məhdud tərkibdə görüşlər keçirdik. Görüşlərin nəticəsində 13 maddəlik ortaq bəyanatı ictimaiyyətə açıqladıq. Artıq 120 saatlıq proses başlayıb”.
 
NTV telekanalının verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
"Əldə edilmiş razılaşmaya əsasən, YPG terrorçuları 5 gün müddətində təhlükəsiz bölgəni tərk etməlidirlər" - deyə əlavə edib.
 
Türkiyə Prezidenti təhlükəsiz bölgənin sərhədlərinin dərinlik və uzunluğunu da açıqlayıb.

Ərdoğan qeyd edib ki, Suriya-Türkiyə sərhədində təhlükəsiz bölgə 32 kilometr dərinliyində, 440 kilometr uzunluğunda olacaq.
 
Türkiyə Prezidenti gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini də xatırladıb.

"Putinlə keçirəcəyim görüşü Suriyanın şimalında əldə edilmiş atəşkəsin bir elementi olaraq görürəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan bildirib ki, Suriyanın şimalında olan Türkiyə qüvvələri hələlik bölgəni tərk etməyəcək.

Müdafiə naziri ilə danışdığını vurğulayan Türkiyə Prezidenti deyib ki, hazırda Suriyanın şimalında hər hansı toqquşmadan söhbət gedə bilməz.