11:04, 16 Aprel 2019 (Çərşənbə axşamı) 281

Türkiyə S-400 komplekslərini müvəqqəti Azərbaycanda saxlaya bilər

Türkiyə S-400 komplekslərini müvəqqəti Azərbaycanda saxlaya bilər


/ DÜNYA
Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə bilər.

Həmçinin S-440 komplekslərinin müvəqqəti saxlamaq üçün Qətərə göndəriləcəyi istisna olunmur.

KİV yazır ki, Türkiyə hakimiyyətinin hansı ölkəni seçəcəyi hələ müəyyənləşməyib. Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Bundan əvvəl Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istədiyi bildirilirdi.

 Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahının təlimə gedəcək 100-ə yaxın hərbçinin seçiminə başladığı bildirilir.

S-400-lərlə bağlı kurs keçəcək hərbçilərin Rusiyadan əvvəl Azərbaycanda olacaqları iddia edilir. Onlar Azərbaycanda, xüsusilə S-300 raketləri ilə yaxından tanış olacaqlar.

Heyət yaz aylarının sonunda Rusiyaya üz tutacaq, 2020-ci ilin yanvarında isə Ankaraya qayıdacaq.
 

Trend.az