12:57, 26 Oktyabr 2020 (Bazar ertəsi) 224

Türkiyə "S-400" sistemini Rusiyaya qaytarmaqdan imtina etdi

Türkiyə
Türkiyə "S-400" raket müdafiə sistemlərinin satın alınması üzrə Rusiya ilə bağladığı müqaviləni pozmaqdan imtina edib. "İnterfaks"ın xəbərinə görə, bu barədə 25 oktyabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. 


"Biz Amerikanın "F-35" qırıcılarını almaq üçün addımlar atdıq, pul ödədik, ABŞ isə onları bizə vermədi, "S-400"-ləri Rusiyaya qaytarmağı tələb etdi. Biz vassal dövlət deyilik, biz Türkiyəyik. Amerikanın sanksiyalarından qorxmuruq" - Ərdoğan belə deyib. 


Oktyabrın əvvəlində ABŞ Dövlət Departamentinin mətbuat katibi Mortan Ortequs "S-400" kompleksini almağın Türkiyə üçün sərt nəticəiləri olacağıyla bağlı xəbərdarlıq edib. 
Oktyabrın 16-da Türkiyə kompleksinin ilk sınağını həyata keçirib.