11:59, 22 May 2019 (Çərşənbə) 95

Türkiyə "S-400"dən imtina edəcək?

Türkiyə


/ DÜNYA
Türkiyə "S-400” Zenit-Raket Sistemi ilə bağlı təlim almaq üçün Rusiyaya hərbçi göndərib.

"Report.az" xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, bir neçə ay davam edəcək təlimlər artıq başlayıb.

ABŞ hökuməti Türkiyəyə "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.

Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etmək ilə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.