17:31, 11 Oktyabr 2019 (Cümə) 1958

Türkiyə səfirliyinin əməkdaşları etirazçılara hücum ediblər

Türkiyə səfirliyinin əməkdaşları etirazçılara hücum ediblər


/ DÜNYA
Türkiyənin Ukraynadakı səfirliyinin əməkdaşları dinc etiraz aksiyası keçirən şəxslərə hücum ediblər.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları ABŞ qoşunlarının geri çəkilməsindən dərhal sonra, oktyabrın 7-də Türkiyə qoşunlarının Suriyanın kürdlər yaşayan bölgəsi Rojavada başlatdığı əməliyyatın dərhal dayandırılmasını tələb ediblər. 

Mitinq başlayandan bir saat sonra səfirliyin əməkdaşları əvvəlcə Rojavanı dəstəkləyən plakatların silinməsini tələb ediblər. Bundan sonra səfirlik əməkdaşları aksiya iştirakçılarına hücum edərək əllərindəki plakatları qoparmağa çalışıblar. 

Hücuma məruz qalanlardan biri də aktivist Anna Tsibadır. Onun vəziyyəti pisləşdiyindən təcili yardım çağırılıb. 

"Polis və səfirliyin mühafizəçisi hücum edənlərin tərəfini tutaraq, onların səfirlik hasarının arxasında gizlənməsinə icazə verdilər”, - bunu aksiya iştirakçıları bildirib. 

Odessada Rojava ilə həmrəylik aksiyası keçirən 9 nəfər də polis tərəfindən saxlanılıb.

 





 
Aytac Ağazadə