11:02, 29 Aprel 2019 (Bazar ertəsi) 166

Türkiyədə futbolçuları aparan avtobus aşıb

Türkiyədə futbolçuları aparan avtobus aşıb


/ DÜNYA
Türkiyənin Kayseri vilayətində futbolçuları daşıyan avtobus aşıb.

Avtobusdakı idmançıların hamısı "Alanyaspor" futbol klubunun üzvləri olub.

Qəza nəticəsində çexiyalı futbolçu Yosef Şural ölüb. 7 oyunçunun xəsarət aldığı deyilir.

Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Yaralı futbolçulardan 1 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlayıb.

Trend.az