12:25, 25 Sentyabr 2019 (Çərşənbə) 501

Türkiyədə polisləri daşıyan avtobusda partlayış olub

Türkiyədə polisləri daşıyan avtobusda partlayış olub


/ DÜNYA
Türkiyənin Adana vilayətinin Yürəgir rayonun mərkəzində xüsusi təyinatlı polisləri daşıyan servis avtobusunda partlayış olub.

Bu barədə APA xəbər verib.

Xəbərə görə, bomba avtobus keçən yolda ağacın dibinə basdırılıb. Terror nəticəsində biri polis, 4-ü mülki şəxs olmaqla 5 nəfər yaralanıb. 

Partlayışdan ətrafdakı binalar, maşınlar və digər obyektlər zərərə məruz qalıb.