22:28, 23 İyun 2019 (Bazar) 153

Türkiyə seçimlərinin ilkin nəticələri açıqlanıb

Türkiyə seçimlərinin ilkin nəticələri açıqlanıb


/ DÜNYA
İlkin nəticələrə görə Əkrəm İmamoğlu 54 faiz səs toplayıb

İyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkisi keçirilib. "Anadolu” Agentliyinin verdiyi məlumata görə, ilkin nəticələrə əsasən Millət İttifaqının CHP-dən olan namizədi Əkrəm İmamoğlu səslərin 54 faizini toplayıb. Səslərin sayılması davam edir.

Bu il, martın 31-də baş tutan ilk seçkidə  Millət İttifaqının CHP-dən olan namizədi Əkrəm İmamoğlu səslərin 48,79%-ni qazanaraq 24 min 408 səs fərqiylə bələdiyyə başqanı  elan edildi.

Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul seçkisinin nəticələrinə etiraz edib seçimin təkrarlanmasını istədi.

Cümhur İttifaqının AKP-dən olan namizədi Binali Yıldırım 1 aprel tarixli açıqlamasında 319 min 500 səsin etibarsız sayıldığını demişdi: "Bundan başqa edilən bəzi pozuntular, səhv cəhdlər var".

Uzun mübahisələrdən sonra aprelin 17-də Əkrəm İmamoğlu rəsmi olaraq bələdiyyə sədri elan edilsə də, sonradan seçkinin nəticələrinin etibarsız sayıldı və yenidən keçiriləməsi qərarı alındı.

Əbülfət Baxşəli