Dünya

Türkiyədə “təcavüzkarınla evlən” qanun layihəsi parlamentə təqdim ediləcək

24 Yanvar, 2020
622
18 yaşdan kiçik qızlarla cinsi əlaqədə olmaqda günahlandırılan kişilərin qurbanlarıyla evləndikləri təqdirdə cəzadan yayınmalarına imkan verən qanun layihəsi Türkiyə parlamentinə təqdim ediləcək, - "İndependent” xəbər verir.

MeydanTV xəbər verir ki, qanunvericilərin yanvar ayının sonunda Türkiyə parlamentinə təqdim etməyi planlaşdırdığı mübahisəli "təcavüzkarınla evlən” qanun layihəsi ölkədə qadın hüquqları təşəbbüsçüləri arasında hiddətə səbəb olub.

Müxalif Xalqların Demokratik Partiyası (HDP) hökuməti qanun layihəsini durdurmağa çağırır. Tənqidçilər deyir ki, qanun layihəsi uşaq evliliyini və təcavüzü qanuniləşdirməyə yol açaraq həm də uşaqlara qarşı zorakılıq və cinsi istismarı tətikləyə bilər.

Bənzər qanun layihəsi 2016-cı ildə Türkiyədə milli və qlobal qınaqlardan sonra məğlubiyyətə uğramışdı. Qanunvericilik yalnız kişiləri "güc və ya təhdid” olmadan cinsi əlaqədə olduqları təqdirdə əfv edə bilirdi.

Birləşmiş Millətlər Təşkilatı qanun layihəsinin uşaqlara qarşı zorakılıq zamanı cəzasızlıq ortamı yaradacağı və qurbanları əlavə təcavüz və əziyyətə həssas buraxacağı ilə bağlı xəbərdarlıq edib.

"Təcavüzkarınla evlən” qanun layihəsi ailənin "şərəfini” qorumaq adına təsis edildiyi bildirilir.

Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanda Bərabərlik qeyri-hökumət təşkilatının qadın təşəbbüsçü Suad Abu-Dayyeh deyib ki, siyasətçilərin "uşaq cinsi istismarının günahkarlarına cəzasızlıq təmin edən” qanun layihəsini parlamentdən keçirmək istəməsi cəhdi təəccüb doğurur.

"İndependent" media platformasına Abu-Dayyeh deyib: "Mən Türkiyədəki bu ayrı-seçkiliklə xarakterizə edilən qanuna qarşı çıxan və qızları müdafiə edən qanunu aradan qaldırmaq istəyən reqressiv qüvvələrlə mübarizə aparan qadın hüquq müdafiəçilərinin cəsarətini alqışlayıram. Eyni təzavüzkarınla evlən qanun layihəsi müddəaları bir sıra Orta Şərq və Şimali Afrika ölkələrinin nizamnamə kitablarında qeydə alınıb”.

"Qadın hüquqları fəallarının və millət vəkillərinin illərdir apardığı təbliğatlar sayəsində Misir, İordaniya, Livan, Mərakeş, Tunis və Fələstin son illərdə bu boşluqları aradan qaldırıb. Qadın hüquqlarına və müdafiəsinə zərər verən qanunvericilik tətbiq etməyə cəhd etmək əvəzinə türk millət vəkilləri cinsi ayrı-seçkilik haqqında qanunların ləğv edilməsində irəliləyişlərə nail olmalıdırlar".

Türkiyədə qanuni razılıq yaşı 18 olsa da, 2018-ci ildə hökumətin uşaq evliliyi ilə bağlı hesabatında qeyd edilir ki, son on ildə 482,908 qız evləndirilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo