18:14, 18 Mart 2020 (Çərşənbə) 303

Azərbaycanda Türkiyə səfirliyinin qarşısında aksiya keçirilib

Martın 18-də bir qrup şəxs Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilib. 

Aksiyanın Türkiyədə saxlanılan iş adamı Mübariz Mənsimova dəstək məqsədilə keçirildiyi bildirilib. 

Polis jurnalistləri və aksiya iştirakçılarını ərazidən zorakılıqla uzaqlaşdırıb.

Martın 16-da axşam saatlarında Türkiyədə iş adamı Mübariz Mənsimov (Qurbanoğlu) və iş meneceri Nuray Nurcihan Perker saxlanılıb.
 
Onlar "FETO" terror təşkilatı ilə əlaqələrdə günahlandırılıblar. İstintaq hər iki şəxsin işini İstanbul Ədalət Məhkəməsinə göndərib.

Məhkəmənin qərarı ilə Mübariz Mənsimov həbs olunub,  Perker "məhkəmə nəzarəti” şərti ilə sərbəst buraxılıb.

Hazırladı: Əbülfət Baxşəli