Manşet

“Türkiyənin birinci məqsədi Suriyada tampon bölgə yaratmaqdır"

6 Avqust, 2019
554
Türkiyə Amerika ilə "Suriyanın şimalında təhlükəsiz ərazi”lərin yaradılması üçün danışıqlara başlayıb. 

Türkiyənin Müdafiə Nazirliyi amerikalı hərbçilərlə "təhlükəsiz bölgə”nin yaradılması ilə bağlı görüşlərə başladığılnı açıqlayıb. 

Bu barədə xəbəri Türkiyənin "Hüriyyət” qəzeti yayıb.

Xəbərdə deyilir ki, avqustun 5-də Suriyanın şimalında qurulması planlaşdırılan "təhlükəsiz zona” üçün ABŞ hərbi rəsmiləri ilə Ankarada görüş keçirilib. 

ABŞ hərbi rəsmiləri ilə ilk ortaq görüş iyulun 23-də keçirilmişdi. Bu görüşdən heç bir nəticə çıxmamışdı. 

Türkiyə rəsmilərinin açıqlamasına görə, PKK-nın Suriya qolu olan PYD ilə ittifaq quran ABŞ bu məsələdə tərəddüd edir. 

Donald Tramp prezident seçilməzdən əvvəl etibarlı bölgəni dəstəklədiyini vurğulayan mesajlar versə də, hələlik konkret addımlar atılmayıb.

Rəsmi Ankara isə Türkiyənin təhlükəsizliyinin Suriyanın şimalının terrorçu qruplardan təmizlənməsiylə birbaşa əlaqəli olduğunu vurğulayır. 

Ankara buna görə Suriyaya lazım gələrsə, əməliyyata təkbaşına girəcəyi mesajını vermişdi.

"Bu prosesin yayındırmaya çevrilməsinə imkan verməyəcəyik. Gözləntilərimiz yerinə yetirilməzsə, milli təhlükəsizliyimizi təmin etmək üçün hər cür tədbirgörmə qabiliyyətimiz və imkanımız var. Bunu amerikalı həmkarlarımıza hər səviyyədə çatdırırıq", – Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatada belə deyilir. 

Məsələni şərh edən siyasi icmalçı Elxan Şahinoğlu Toplum Tv-yə hərbi əməliyyatın qaçınılmaz olduğunu deyib: "Türkiyə bugünlərdə hərbi əməliyyatlara başlayacaq.  Artıq türk hərbçilər bir neçə dəfə Suriyada əməliyyatlar keçirib. Bir neçə şəhəri PKK və onun dəstəkçilərindən azad edib. Uzun müddətdir ki, Türkiyə bu məsələ ilə bağlı ABŞ hərbi rəsmiləri ilə danışıqlar aparır. Danışıqların məqsədi ya birlikdə hərəkət etmək, ya da ABŞ-ın Türkiyəyə əngəl olmamasıdır. Bu dəfə hərəkat böyük ehtimal amerikalı əsgərlərin nəzarət etdiyi torpaqlara doğru olacaq. Türkiyə dəfələrlə bəyanat verib ki, o ərazilərdə terrorçu qruplaşmalar var. Türkiyənin açıqlamalarından bəlli olur ki, Amerika ilə razılıq əldə olunmayıb. Əgər anlaşma olsaydı, Türkiyə açıqlama yayardı ki, ABŞ ilə hərbi əməliyyatlar müzakirə edilir. Amma son zamanlar Ərdoğanın açıqlamalarından da görünür ki, heç bir razılıq əldə edilməyib”.
 
 
Elxan Şahinoğlu

Ekspertin sözlərinə görə, bu dəfə hərbi əməliyyat bölgədə Türkiyənin rolunu və çəkisini daha da artıracaq: "Vaxtilə Suriyada ABŞ, İran və Rusiya var idi, amma Türkiyə uzaqda qalmışdı. Türkiyə hərbi əməliyyatlara başlayandan sonra oyuncu olduğunu göstərdi”. 

Ekspert rəsmi Ankaranın Suriyadakı məqsədlərindən danışıb: "Türkiyənin əvvəldən Suriya ilə bağlı iki məqsədi var: Birinci məqsədi Suriyada tampon bölgə yaratmaqdır. Terrorçu qrupların oradan Türkiyə ərazisinə keçməsini əngəlləməyi rəsmi Ankara çox vacib sayır. İkinci məqsəd Türkiyəyə gəlmiş qaçqınları həmin tampon bölgəyə köçürməkdir. Son zamanlar görürük ki, türklər suriyalı qaçqınları ölkələrində istəmir”.

Əbülfət Baxşəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo