11:22, 08 Dekabr 2019 (Bazar) 71

Türkmənistanda 528, Özbəkistanda 92 məhbus əfv edilib

Türkmənistanda 528, Özbəkistanda 92 məhbus əfv edilib


/ DÜNYA
Türkmənistan prezidenti 528 məhbusun əhv olunması ilə bağlı sənəd imzalayıb. Ölkənin rəsmi informasiya agentliyinin verdiyi məlumata görə, prezident Berdymukhamedov əfv sərəncamını dekabrın 6-da imzalayıb.

AzadlıqRadiosunun verdiyi məlumata görə, Türkmənistan prezidentinin mütəmadi əfv fərmanları verməsinə baxmayaraq bu siyahıya siyasi məhbuslar düşmür. 

Bu 2019-cu ildə verilən sayca 4-cü əfvdir. Bundan əvvəl sentyabr ayında - müstəqilik gününüdə 868 məhbus əfv edilib. Ondan əvvəl Ramazan ayında 764, Novruz bayramında isə 2028 məhbus əfv edilib.

Türmələri öyrənmə beynəlxalq Mərkəzin məlumatına görə, 2017-ci ildə 100 min nəfərə düşən məhbus sayına görə, Türkmənistan ABŞ və Salvadordan sonra dünyada 3-cü yeri tutub. 

2017-ci ilin məlumatlarında qeyd olunur ki, Türkmənistanda 100 min nəfərə düşən məhbus sayı 552 nəfər olub. Həmin hesabatda ölkədəki məhbus sayının 30 min 452 nəfər olduğu göstərilib. Məlumatlarda həmçinin ölkə həbsxanalarında indiyə qədər 120 nəfərin itkin düşdüyü bildirlir. Bu siyahıda tanınmış siyasi partiya lider və üzvlərinin olduğu vurğulanır.

Özbəkistan prezidenti də ölkədə konstitusiya qəbul edilməsinin 27-ci ildönümü münasibəti ilə 92 məhbusu əfv edib. Bu barədə AzadlıqRadiosunun özbək xidməti məlumat yayıb.