Dünya

"Tvitter" dövlət KİV-lərinə reklam verməyi qadağan edəcək

20 Avqust, 2019
525
Tvitter və Feysbuk avqustun 19-da Çinin dəstəklədiyi, Honq Konqda "siyasi narazılıq yaratmaq” niyyəti güdən hesabları bağlayıblar.

Tvitter Çinin hərəkətlərini dövlətin dəstəklədiyi dezinformasiya kampaniyası adlandırıb, 963 hesabı bağladığını bildirib. Ümumilikdə 200 minədək hesabın isə dezinformasiya yaya bilməsini önləməkdən ötrü profilaktika məqsədilə bağlandığı vurğulanıb.

Tvitter kampaniyanı "spəm şəbəkəsi”, Honq Konqda "etiraz hərəkatının legitimliyinə və siyasi mövqelərinə” zərbə vurmağı hədəfləyən koordinasiyalı iş adlandırıb.

Tvitter Feysbuk-a da xəbərdarlıq edib və sonuncu "yeddi səhifəni, üç qrupu, beş hesabı” bağlayıb.

Feysbuk-un bildirməsinə görə, araşdırma Çin hökumətinə bağlı fərdlərə əlaqələri üzə çıxarıb.

"Onlar tez-tez Honq Konqdakı etirazlar kimi yerli siyasi xəbərlər və məsələlər haqda postlar yerləşdiriblər”, – Feysbukun kibertəhlükəsizlik siyasətinin rəhbəri Nathaniel Gleicher söyləyib.

Onun sözlərinə görə, "bu fəaliyyətin arxasında duranlar kimliklərini gizlətməyə çalışsalar da, araşdırmamız Çin hökumətinə bağlı fərdlərə əlaqələri üzə çıxarıb”.

Tvitter bəyanatında ayıq-sayıqlığı davam etdirəcəklərini vurğulayıb.

İyunun əvvəlində Honq Konqda etirazçılar şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə görə küçələrə çıxıblar. Sonradan yerli hakimiyyət qanun layihəsinin təxirə salındığını elan edib, ancaq onu rəsmən ləğv etməyib. Şəhərin başçısı Carrie Lam istefaya getməkdən imtina edib.

Etirazçıların tələbləri də genişlənib və avqustun 18-də etirazların 11-ci həftəsi başa çatıb.

Çin hökuməti bu muxtar ərazidə küçələrə etiraza çıxanları kəskin tənqid edib, onların davranışıın "terrorçuluğa yaxın” olduğunu deyib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo