17:00, 16 Oktyabr 2019 (Çərşənbə) 1018

UEFA əsgər salamına görə Türkiyə millisini cəzalandırır

UEFA əsgər salamına görə Türkiyə millisini cəzalandırır


/ DÜNYA
UEFA əsgər salamına görə Türkiyə millisinə qarşı intizam işi açıb. 

Bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan isə UEFA-nın bu qərarını doğru hesab etməyib.

"Belə bir şey həyatda olmayıb. Mən buradan çox ciddi bir şeyin çıxacağını təxmin etmirəm. Olsa-olsa qınaya bilərlər. Bu nöqtəyə gələn komandaya başqa bir mənfi yanaşma olmayacaq"- deyə, Ərdoğan bildirib.

 Türkiyə milli komandası Fransa yığmasına AVRO-2020-nin seçmə matçında vurduğu qolu əsgər salamı ilə qeyd edib. Onlar Türkiyə ordusunun "Barış Pınarı" (sülh çeşməsi) əməliyyatını dəstəklərini əsgər salamı ilə göstəriblər. Daha əvvəl Türkiyənin Albaniya ilə matçında vurduğu qoldan sonra da eyni addım atılıb. UEFA əsgər salamına görə Türkiyə millisinə qarşı intizam işi açıb.
 


Şəmsiyyə İbişova