20:33, 11 İyun 2019 (Çərşənbə axşamı) 83

Ukranya prezidenti 15 qubernatoru işdən azad edib

Ukranya prezidenti 15 qubernatoru işdən azad edib


/ DÜNYA
Ukrayna prezidenti Vladimir Zelenski 15 vilayət administrasiyası rəhbərini işdən çıxarıb.

Bunu Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka brifinqdə bildirib.

Bu barədə "Report.az" məlumat yayıb.

Məlumata görə, Çerniqov, Xmelnitski, Xerson, Ternopol, Sumı, Poltava, Odessa, Nikolayevskaya, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankovsk, Zaporijye, Zakarpatye və Volın vilayətlərinin qubernatorları işdən azad edilib.

Bundan başqa Vladimir Zelenskinin yaxın günlərdə 13 qubernatoru vəzifədən azad etmək niyyətində olduğu bildirilirib.